4 noyabr 2011 02:23
Yığmamız İtaliyadan güclü, Gürcüstandan zəif oldu
Ötən gün Yunanıstanda şahmat üzrə 2011-ci ilin Avropa komanda çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları artıq ilk oyununu keçirib.
Kişilərdən ibarət yığmamız ilk turda İtaliya ilə qarşılaşıb. Millimizin üzvlərindən Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynov rəqibləriylə sülh bağlayıb. Şəhriyar Məmmədyarov isə rəqibini üstələyərək, millimizə qələbə qazandırıb - 2,5:1,5.
Qadınlardan ibarət komandamız isə Gürcüstanla qarşılaşıb. Millimizin üzvlərindən Zeynəb Məmmədyarova qələbə qazanıb, Türkan Məmmədyarov rəqibi ilə sülh bağlayıb. Lakin Nərmin Kazımova və Gülnar Məmmədova uduzaraq, millimizin məğlubiyyətinə səbəb olublar - 1,5:2,5.
Şahmat
Avropa çempionatı
1-ci tur, 3 noyabr
Kişilər
Azərbaycan - İtaliya - 2,5:1,5
Teymur Rəcəbov - Fabiano Karuana - 0,5:0,5
Vüqar Həşimov - Miçel Qodina - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Sabino Brunello - 1:0
Qədir Hüseynov - Aksel Rombaldoni - 0,5:0,5
Qadınlar
Azərbaycan - Gürcüstan - 1,5:2,5
Lela Javaxişvili - Zeynəb Məmmədyarova - 0:1
Nazi Paykidze - Nərmin Kazımova - 1:0
Nino Xurtsidze - Gülnar Məmmədova - 1:0
Salome Meliya - Türkan Məmmədyarov - 0,5:0,5
