31 oktyabr 2011 00:12
Azərbaycan Türkiyəni darmadağınla keçdi
Türkiyənin Kocaeli şəhərində ümumdünya şahmat olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, ötən gün doqquzuncu tura yekun vurulub.
Azərbaycan yığması sondan əvvəlki turda meydan sahibləri – Türkiyə şahmatçıları ilə üz-üzə gəlib. Komandamız rəqibi üzərində qələbə qazanıb - 3,5:0,5
Bu oyuna Azərbaycan yığmasının kapitanı Cahangir Ağarəhmov aşağıdakı heyəti buraxıb: Nicat Abasov, Ülvi Bacarani, Kənan İzzət, Misrətdin İsgəndərov. İzzət, Abasov və İsgəndərov rəqibləri üzərində qələbə qazanıb. Bacarani isə heç-heçəyə razılaşıb.
Beləcə, komandamız növbəti qələbəsini rəsmiləşdirib. Bu qələbə sayəsində komandamız xallarının sayını 24,5-ə çatdırıb.
