31 oktyabr 2011 18:30

Azərbaycan bürünc medal qazana bilmədi

Türkiyənin Kocaeli şəhərində keçirilən ümumdünya şahmat olimpiadası başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün turnirdə həlledici - onuncu turun oyunları keçirilib.
 
Azərbaycan yığması son turda meydan sahiblərinin - Türkiyənin ikinci komandası ilə üz-üzə gəlib. Ötən gün qardaş ölkənin digər yığmasını darmadağın etmiş şahmatçılarımız bu dəfə daha inamlı qələbə qazanıblar – 4:0.
 
Yığmamızın kapitanı Cahangir Ağarəhimov bu görüşdə aşağıdakı heyətə üstünlük verib: Nicat Abasov, Ülvi Bacarani, Kənan İzzət, Şücət Orucov. Onlar bütün rəqiblərini məğlub ediblər.
 
Bu qələbə Azərbaycanın ümumi hesabda İrana çatmasına şərait yaradıb. Nəticədə hər iki komanda
27,5 xal toplayıb. Lakin əlavə göstəricilərə görə üçüncü yer məhz İrana qismət olub. Beləcə, yığmamızın üzvləri medal qazana bilməyiblər.
 
Ümumi nəticədə qaliblər bunlar olub: Rusiya – 30; Ermənistan – 28,5, İran – 27,5, Azərbaycan - 27,5.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.