30 oktyabr 2011 00:18
Azərbaycan Gürcüstan və İsveçrə üzərində qələbəyə sevindi
Türkiyənin Kocaeli şəhərində ümumdünya şahmat olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, ötən gün yeddinci və səkkizinci tura yekun vurulub.
Azərbaycan yığması 7-ci turda Gürcüstan şahmatçıları ilə üz-üzə gəlib. Komandamız rəqibi üzərində qələbə qazanıb - 2,5:1,5.
Bu oyuna Azərbaycan yığmasının kapitanı Cahangir Ağarəhmov aşağıdakı heyəti buraxıb: Nicat Abasov, Ülvi Bacarani, Kənan İzzət, Misrətdin İsgəndərov, Şücət Orucov. Orucovla Abbasov rəqiblərini yensə də, Bacarani heç-heçəyə razılaşıb. İsgəndərov isə məğlubiyyətlə üzləşib. Lakin buna baxmayaraq, komandamız növbəti qələbəsini rəsmiləşdirib.
8-ci turda isə komandamız İsveçrə ilə görüşüb. Şahmatçılarımız 3:1 hesablı qələbəyə seviniblər. Bu görüşdə isə yığmamızın heyətində dəyişiklik olub. Orucovun əvəzind Kənan İzzət çıxış edib. Abbasovla İzzət öz görüşlərini heç-heçə başa vurduqları halda, İsgəndərovla Bacarani qələbə qazanıblar.
Bu qələbə sayəsində komandamız xallarının sayını 21-ə çatdırıb.
