28 oktyabr 2011 00:05
Azərbaycan Ermənistanla dueldən qalib ayrıldı
Türkiyənin Kocaeli şəhərində ümumdünya şahmat olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, ötən gün altıncı tura yekun vurulub.
Azərbaycan yığması hesabat turunda Ermənistan şahmatçıları ilə üz-üzə gəlib. Qeyd edək ki, bu qarşılaşma öncəsi Azərbaycanın hesabında 13 xal olduğu halda, rəqibimiz 16 xalla yarışa liderlik edirdi.
Amma buna baxmayaraq, komandamız prinsipial görüşdə qələbə qazanmağı bacarıb - 2,5:1,5.
Ermənistanla oyuna Azərbaycan yığmasının kapitanı Cahangir Ağarəhmov aşağıdakı heyəti buraxıb: Nicat Abasov, Ülvi Bacarani, Kənan İzzət, Misrətdin İsgəndərov. Elə Ermənistan da görüşə əsas heyəti ilə çıxıb.
Bu qələbə sayəsində komandamız xallarının sayını 15,5-ə çatdırıb.
