26 iyul 2011 13:08

Millimiz DÇ-ni qələbə və 7-ci yerdə bitirdi

Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu gün turnirdə sonuncu - doqquzuncu turun oyunları keçirilib.
 
Azərbaycan milli komandası hesabat turunu təsəlliverici qələbə ilə başa vurub. Yığmamızın üzvləri son turda Misir üzərində qələbəyə seviniblər.
 
Millimizin üzvlərindən Teymur Rəcəbovla Vüqar Həşimov müvafiq olaraq Ahmed Adli və Amin Bassem üzərində qələbə qazanıblar. Qədir Hüseynov rəqibi ilə xalları yarı bölməyə üstünlük veribsə, Şəhriyar Məmmədyarov rəqibinə uduzub. Lakin bu, ümumi hesabda komandamızın qələbəsinə mane olmayıb.
 
Qeyd edək ki, Azərbaycan millisi ikinci turda Hindistana, eləcə də Rusiyaya da eyni aqibəti yaşatmışdı. Çinlə, eləcə də İsrail və Ermənista ilə qarşılaşmalarda isə şahmatçılarımız heç-heçə etmişdilər. Macarıstan, Ukrayna və ABŞ ilə oyunlarda isə komandamız məğlubiyyətlə üzləşmişdi.
 
AZƏRBAYCAN – MİSİR - 2,5:1,5
Teymur Rəcəbov – Ahmed Adli – 1:0
Vüqar Həşimov – Amin Bassem - 1:0
Qədir Hüseynov – Mohammed Ezat – 0,5:0,5
Şəhriyar Məmmədyarov – Sami Şoker - 0:1
 
Beləliklə, DÇ iştirakçıları turniri aşağıdakı yerlərdə bitiriblər: Ermənistan – 14 xal (22,5 xüsusi xal), Çin - 13 (22,5), Ukrayna - 12 (19,5), Rusiya - 10 (21), Macarıstan - 10 (19,5), ABŞ - 10 (18,5), Azərbaycan - 9 (19), Hindistan - 7 (15,5), İsrail - 5 (13), Misir - 0 (9).

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.