25 iyul 2011 19:26

Millimiz Ermənistanı məğlub edə bilmədi

Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə səkkisinci turun oyunları keçirilib.
 
Azərbaycan milli komandası kifayət qədər prinsipial xarakter daşıyan hesabat turunu heç-heçə ilə başa vurub. Çünki yığmamızın üzvləri bu dəfə Ermənistan seçməsi ilə mübarizə aparırdılar.
 
Millimizin üzvlərindən Teymur Rəcəbovla Vüqar Həşimov müvafiq olaraq Levon Aronyan və Sergey Movsesyanla xalları yarı bölüb. Təəssüf ki, Rauf Məmmədov Vladimir Akopyanla mübarizədən məğlub ayrılıb. Əvəzində Şəhriyar Məmmədyarov Qabriel Sarkisyanla görüşdə bu yenilginin əvəzini çıxmağı bacarıb. Beləcə, bu dəfə də yığmamız heç-heçə ilə kifayətlənib.
 
Qeyd edək ki, buna qədər Azərbaycan millisi ilk turda Çinlə, eləcə də İsrail ilə heç-heçə etmişdi - 2:2. İkinci turda Hindistana 3:1 hesabıyla qalib gəlmiş komandamız Rusiyaya da eyni aqibəti yaşadıb. Macarıstan, Ukrayna və ABŞ ilə oyunlarda isə komandamız məğlubiyyətlə üzləşmişdi.
 
AZƏRBAYCAN – ERMƏNİSTAN - 2:2
Teymur Rəcəbov – Levon Aronyan – 0,5:0,5
Vüqar Həşimov – Sergey Movsesyan - 0,5:0,5
Rauf Məmmədov – Vladimir Akopyan - 0:1
Şəhriyar Məmmədyarov – Qabriel Sarkisyan - 1:0
 
Beləliklə, 8 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi: Ermənistan – 13 xal (20,5 xüsusi xal), Çin - 11 (20), Ukrayna - 11 (17,5), Rusiya - 10 (19,5), Macarıstan - 10 (18), ABŞ - 8 (16), AZƏRBAYCAN - 7 (16,5), Hindistan - 5 (13), İsrail - 5 (11,5), Misir - 0 (7,5).

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.