24 iyul 2011 18:25

Millimiz DÇ-də ABŞ-a da uduzdu

Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə yeddinci turun oyunları keçirilib.
 
Azərbaycan milli komandası hesabat turunu məğlubiyyətlə başa vurub. Yığmamızın üzvləri ABŞ millisi qarşısında aciz qalıblar.

Qeyd edək ki, millimizin üzvlərindən Rauf Məmmədov Yuri Şulman üzərində qələbə qazanıb. Vüqar Həşimov isə Aleksandr Onişukla heç-heçəyə razılaşıb. Lakin təəssüf ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov öz rəqiblərinə uduzublar. Beləcə, yığmamız turu məğlubiyyətlə başa vurub.
 
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinlə, bundan əvvəlki turda isə İsrail ilə heç-heçə etmişdi - 2:2. İkinci turda Hindistana 3:1 hesabıyla qalib gəlmiş komandamız Rusiyaya da eyni aqibəti yaşadıb. Macarıstan və Ukrayna ilə oyunlarda isə komandamız məğlubiyyətlə üzləşmişdi.
 
AZƏRBAYCAN – ABŞ - 1,5:2,5
Teymur Rəcəbov – Qata Kamski - 0:1
Vüqar Həşimov – Aleksandr Onişuk - 0,5:0,5
Rauf Məmmədov – Yuri Şulman - 1:0
Şəhriyar Məmmədyarov – Yaser Seyravan - 0:1
 
Beləliklə, 7 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi: Ermənistan – 12 очков (18,5 xüsusi xal), Çin - 9 (17), Ukrayna - 9 (15), Rusiya - 8 (15,5), Macarıstan - 8 (15), ABŞ - 8 (14,5), AZƏRBAYCAN - 6 (14,5), Hindistan - 5 (12), İsrail - 5 (11,5), Misir - 0 (6,5).

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.