20 iyul 2011 18:21
Azərbaycan dünya çempionlarını məğlub edib, ikinci oldu (YENİLƏNİB)
Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə dördüncü turun oyunları keçirilib.
Azərbaycan milli komandası hesabat turunu möhtəşəm qələbə ilə başa vurub. Yığmamız son dünya çempionu Rusiyaya qalib gəlib.
Komandamızın heyətində Qədir Hüseynov Petr Svidler, Vüqar Həşimov isə Aleksandr Qrişuk üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə müvafiq olaraq Yan Neponmnyaşi və Sergey Karyakinlə xalları yarı bölüb.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinlə heç-heçə etdiyi (2:2) halda, ikinci turda Hindistana 3:1 hesabıyla qalib gəlmişdi. Son turda isə komandamız Macarıstana uduzmuşdu.
AZƏRBAYCAN – RUSİYA - 3:1
Teymur Rəcəbov – Sergey Karyakin - 0,5:0,5
Vüqar Həşimov – Aleksandr Qrişuk - 1:0
Şəhriyar Məmmədyarov – Yan Neponmnyaşi - 0,5:0,5
Qədir Hüseynov – Petr Svidler - 1:0
Beləliklə, dördüncü turun digər oyunlarından sonra turnir cədvəlindəki vəziyyət belədi: Ermənistan - 6 xal (11 xüsusi xal), Azərbaycan, Çin - 5 (9,5), Rusiya - 5 (9), Macarıstan - 5 (8), Ukrayna - 4 (8), İsrail - 4 (7,5), Hindistan, ABŞ - 3 (7), Misir - 0 (3,5).
