19 iyul 2011 17:03
Millimiz DÇ-də ilk yenilgisini aldı
Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə üçüncü turun oyunları keçirilib.
Azərbaycan milli komandası hesabat turunu məğlubiyyətlə başa vurub. Yığmamız Macarıstana uduzub.
Komandamızın heyətində Teymur Rəcəbov Petr Leko, Şəhriyar Məmmədyarov Çaba Baloq, Vüqar Həşimov isə Zoltan Almaşi ilə heç-heçəyə razılaşıb. Rauf Məmmədov isə Yudit Polqara məğlub olub. Məhz bu üzdən komandamız yekun nəticədə məğlubiyyətlə barışıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinlə heç-heçə etmişdi – 2:2. İkinci turda isə Hindistana 3:1 hesabıyla qalib gəlmişdi.
AZƏRBAYCAN - MACARISTAN - 1,5:2,5
Teymur Rəcəbov – Petr Leko - 0,5:0,5
Vüqar Həşimov – Zoltan Almaşi - 0,5:0,5
Rauf Məmmədov – Yudit Polqar - 0:1
Şəhriyar Məmmədyarov – Çaba Baloq - 0,5:0,5
