18 iyul 2011 17:54
Azərbaycan DÇ-də ilk qələbəsini qazandı
Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatında Azərbaycan milli komandası ilk qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, yığmamız Hindinstana qalib gəlib – 3:1.
Komandamızın heyətində Teymur Rəcəbov Pentala Harikrişnanı, Şəhriyar Məmmədyarov Surya Şexar Qanqulini yenib. Vüqar Həşimov Krişnan Saşikiranla, Qədir Hüseynov Parimarjan Negi ilə heç-heçə edib.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinlə heç-heçə etmişdi – 2:2.
AZƏRBAYCAN – HİNDİSTAN - 3:1
Teymur Rəcəbov – Pentala Harikrişna - 1:0
Vüqar Həşimov - Krişnan Saşikiran - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Surya Şexar Qanquli - 1:0
Qədir Hüseynov - Parimarjan Negi - 0,5:0,5
İki turdan sonra turnir cədvəlindəki vəziyyət belədi: Rusiya - 4 xal (6 xüsusi xal), Ermənistan - 3 (5,5), AZƏRBAYCAN - 3 (5), Çin - 3 (4,5), Ukrayna - 2 (4), İsrail - 2 (3,5), Macarıstan, Hindistan, ABŞ – hərəyə 1 (3), Misir - 0 (2,5).
