24 may 2011 12:02
Həşimovun şahmat partiyası ən yaxşılar sırasına daxil olub
Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun Bundesliqada Peter Svidlerə qarşı oynadığı və rusiyalı şahmatçının qələbəsi ilə yekunlaşmış sahmat partiyası chesspro.ru portalının keçirdiyi özünəməxsus hit-parada düşərək Aprel ayınınn ən yaxşı şahmat partiyalarından olub.
Azeisport.az xəbər verir ki, Vüqar Həşimov “Werder”in heyətində çıxış etməklə komandasına Almaniya çempionatının gümüş medallarını qazanmağa kömək edib.
