24 may 2011 19:21

Rəcəbov Anandın dəstəsinə düşəcək?

San-Paulu və Bilbaoda keçiriləcək “Böyük dəbilqə”nin altı iştirakçısından üçü hələ məlum deyil.
 
Azerisport.az xəbər verir ki, iddiaçıların Kazandakı final turniri azərbaycanlı qrossmeysterlərsiz keçir və onların öz gələcək perspektivləri haqda düşünmək vaxtıdır. Yəqin ki, əsas tapşırıqlardan biri artıq populyarlıq qazanmış “Böyük dəbilqə”nin final turnirinə düşmək imkanı olacaq. Ancaq həlledici mərhələ iştirakçılarının sırasına qatılmaq üçün seçmə turnirlərdə uğurla oynamaq zəruridir. Belə bir imkan tezliklə Teymur Rəcəbova düşəcək. Rəcəbov Rumıniyada “BaznaKings”də oynamağa hazırlaşır.
 
Bu ərəfədə “Böyük dəbilqə”nin təşkilatçıları yarışın keçirilmə vaxtı və yerini müəyyən ediblər. Yarış Sentyabr ayının 25-i və Oktyabr ayının 11-i aralığında eyni zamanda iki qitədə ikidairəvi sistemlə keçiriləcək. Finalın ilk hissəsini San-Paulu, yekun hissəsini isə Bilbao qəbul edəcək. Turnirin iştirakçıları siyahısına düşmək üçün Teymur Rəcəbova İyun ayının 11-də Rumıniyada başlanacaq turnirin startında mütləq qələbə lazımdır. “BaznaKings”də həmçinin Maqnus Karlsen, Xikaru Nakamura, Serqey Karyakin, Vasiliy İvançuk və Liviu-Diter Nisipyanu iştirak edəcəklər. Karlsen və Nakamura “Böyük dəbilqə”nin finalına çıxışı artıq əvvəlki yarışlarda təmin ediblər. Karlsen Nantszında, Nakamura isə Veyk-An-Zeedə qələbə qazanıb. Bu dəstəyə San-Paulu və Bilbaoda Vişvanatan Anand da qoşulacaq. Anand dünya çempionu kimi bu hüququ qazanıb. Qalan iştirakçılar hələ mübarizəni davam etdirilər.
 
Qeyd etmək lazımdır ki, Rəcəbov vaxtı ilə “Böyük dəbilqə”yə debüt turnirində qatılıb. O zaman Rəcəbov turnirə irimiqyaslı yarışların startında ən yaxşı nəticələr göstərmiş şahmatçı kimi qatılmışdı. Ancaq son ildə Teymur demək olar ki çıxış etməyib. Rəcəbov FIDE-nin Qran-pri yekunlarına görə iddiaçıların turnirinə vəsiqə qazanaraq, bütün bu müdət ərzində çempion tsiklinə və Vladimir Kramniklə 1/4 finala hazırlaşıb. Ona görə də “BaznaKings” azərbaycanlı qrossmeyster üçün turnirin iddiaçısı qismində çıxış edəcəyi ilk yarış olacaq.
 
Təşkilatçıların seçiminə qrossmeysterlərin seçmə mərhələdəki nəticələri ilə yanaşı cari reytinq də təsir edə bilər. Reytinq nə qədər yüksək olsa, bir o qədər yaxşıdır.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.