21 may 2011 15:00
Azərbaycanlı Ukrayna çempionu oldu
Azərbaycanlı şahmatçı Qədir Hüseynov Ukrayna çempionu olub. Azerisport.az xəbər verir ki, o, klublar arasında Çerniqovun A DAN DZO & PGMB komandası ilə birgə bu titula yiyələnib.
Bunun sayəsində Qədir növbəti xalları reytinqinə yazıb. Maraqlıdır ki, qələbə qrossmeysterin doğum gününə təsadüf edib. Bu gün onun 25 yaşı tamam olur.
