20 may 2011 13:22
2 xanım şahmatçımız beynəlxalq qrossmeyster oldu
Gürcüstanın Batumi şəhərində keçirilən Qadınlar arasında Şəxsi Avropa Çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatda çıxış edən 14 şahmatçımızdan ən yüksək nəticəni beynəlxalq usta Xəyalə Abdulla göstərib.
Belə ki, o, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan birinciliyin yekununda aktivinə 7 xal yazaraq 14-27-ci pillələri bölüşdürüb. Lakin əlavə əmsala görə Xəyalə Abdulla 26-cı olub. Çempionatı 6 xala malik iki şahmatçımızdan Nərmin Kazımova 39-cu, Zeynəb Məmmədyarova isə 56-cı pillədə başa vurublar. 5.5 xalla İsgəndərova Xəyalə 58, Xələfova Nərmin isə 68-ci olublar.
Qeyd edək ki, Nərmin Kazımova və Xəyalə İsgəndərova beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər. Beynəlxalq usta normasını yeriə yetirən Gəncə şahmatçısı İbrahimova Səbinə çempionatı 5 xalla 78-ci pillədə yekunlaşdırıb. Şirvan şahmatçısı və millimizin üzvü Gülnar Məmmədovanın da hesabına 5 xal əlavə edərək 85-ci yeri tutub. 4.5 xala malik 4 şahmatçımızdan Aysel Məmmədova 94, Türkan Məmmədyarova 98, Nərgiz Umudova 102, Səbinə Quliyeva isə 105-ci olublar. 110-cu pillədə çempionatı başa çatdıran Turan Əsgərova 4 xal toplaya bilib. Digər iki şahmatçımızdan Ülviyyə Fətəliyeva 119-cu (3.5 xal), Nərmin Söyünlü isə 128-ci (2.5 xal) olub.
