5 may 2011 13:37
Levon Aronyan: Kramnik - Rəcəbov cütü haqda düşünmürəm
Erməni şahmatçı Levon Aronyan bildirib ki, Kazanda keçirilən yarşıda ona rəqib olması gözlənilən Vladimir Kramnik – Teymur Rəcəbov cütündə kimin qalib olması onu elə də maraqlandırmır. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məni sadəcə öz çıxışım həyəcanlandırır. Mən hələ növbəti mərhələyə vəsiqə qazanmamışam. Odu ki, mümkün rəqiblərimdən danışmağım düz deyil. Kazana gələn bütün şahmatçılar güclüdü. Ona görə də bu cütün qalibinin kim olacağına dair çox düşünmək lazım deyil”.
Qeyd edək ki, Kazanda Azərbaycanın daha bir şahmatçısı – Şəhriyar Məmmədyarov da çıxış edir.
