1 may 2011 14:08
Həşimov Azərbaycan millisindən imtina edir?
Vüqar Həşimovun 15-27 iyul tarixlərində Çində keçiriləcək şahmat üzrə dünya çempionatında Azərbaycan yığmasının heyətində yer alması böyük sual altındadı. Azerisport.az xəbər verir ki, buna qrossmeysterimizin 16-29 iyul tarixlərində İsveçrədə keçiriləcək turnirin təşkilat komitəsi ilə müqavilə bağlaması səbəb olub. Qeyd edək ki, Həşimovla yanaşı, turnirdə Maqnus Karlsen də çıxış edəcək.
Əgər Vüqar bu turnirdən imtina etməsə, o zaman Azərbaycan yığması yenə dünya birinciliyində onsuz çıxış etməli olacaq. Federasiya prezidenti Elman Rüstəmov isə yaxınlarda Vüqarın milli komandanı seçəcəyinə ümid etdiklərini dilə gətirmişdi.
