31 dekabr 2010 18:54
Məmmədyarovdan FIDE reytinqində yeni rekord
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2011-ci il yanvarın 1-nə olan reytinqini açıqlayıb. Reytinqdə qrossmeyster Şəhriyar Məmmədyarov 8-ci pillədə qərarlaşıb.
Azerisport.az xəbər verir ki, o, 2772 ballıq həddə çataraq Azərbaycan şahmat tarixində rekord müəyyənləşdirib. Maraqlıdır ki, Məmmədyarov həm də 2763 ballıq əvvəlki rekordun sahibidir. Digər qrossmeysterimiz Teymur Rəcəbov 12-ci, Vüqar Həşimov isə 13-cü pillədə qərarlaşıb. Reytinq cədvəlinə Maqnus Karlsen başçılıq edir. Sonrakı pillələrdə Vişvanatan Anand və Levon Aronyan sıralanıb.
