31 dekabr 2010 02:25

Azərbaycan Şahmat Federasiyasından FİDE-yə ittiham

Azərbaycan 2011-ci ilin mayında keçiriləcək dünya şahmat tacına iddiaçılar görüşündə Teymur Rəcəbovla qarşılaşmalı olan norveçli Maqnus Karlsenin rusiyalı Aleksandr Qrişukla əvəzlənməsi barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarını narazılıqla qarşılayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov FİDE-ni “qeyri-müəyyən və hərdəmxəyal” mövqe tutmaqda suçlayıb.
 
O, belə mövqedən AŞF-nin çox narahat olduğunu bildirib: “Açığı, Beynəlxalq Şahmat Federasiyasının mövqeyindəki qeyri-müəyyənlik, ümumiyyətlə, hərdəmxəyallıq bizi çox narahat edir. Bu gün belə, sabah elə... Özləri yazdıqları və tətbiq etdikləri qaydalar toplusunu iki aydan, üç aydan bir çox asanlıqla dəyişirlər. Tsikl dövründə yarış qaydalarını dəyişirlər”.
 
AŞF rəsmisinin fikrincə, bunların hamısı yolverilməz hallardır. M.Məmmədov FİDE ilə münasibətlərinin yaxşı olduğuna və ölkəmizə əlavə iddiaçı yeri verdiklərinə görə FİDE daxilindəki təşkilati anlaşılmazlığa bir qədər yumşaq yanaşdıqlarını etiraf edib. Bununla belə, vitse-prezident gələcəkdə buna imkan verməyəcəklərini vurğulayıb: “İndiki məqamda Gənclər və İdman Nazirliyi ilə birgə belə qərara gəldi ki, qalmaqal yaratmayaq. Əlbəttə, bu, xoşagəlməz haldır. İl ərzində sən bir nəfərlə görüşə hazırlaşırsan, ilin sonunda isə başqası ilə oynamalı olduğunu deyirlər”.
 
Qeyd edək ki, iddiaçıların turniri 2011-ci il mayın 3-dən 27-dək Rusiyanın Kazan şəhərində keçiriləcək. FİDE daha öncə görüşlərin Bakıda təşkili haqda qərar çıxarsa da, Ermənistan şahmatçısı Levon Aronyanın ölkəmizə gəlmək istəməməsi ilə əlaqədar turnirin məkanının dəyişdirilməsini məqsədəuyğun sayıb. Bununla belə, Azərbaycan tərəfi ölkəmiz üçün əlavə iddiaçı yerini saxlamağa müvəffəq olub. Bir qədər sonra norveçli qrossmeyster Maqnus Karlsen əsas diqqəti reytinq üzərində cəmləşdirmək və FİDE-nin tərtib etdiyi ən yaxşı oyunçular siyahısında birinci yeri özünə qaytarmaq istədiyini əsas gətirərək, iddiaçıların turnirindən imtina edib. Ali şahmat qurumu isə onun rusiyalı Aleksandr Qrişukla əvəzlənməsinə qərar verib. (lent.az)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.