24 dekabr 2010 14:01
Şəhriyar Məmmədyarov: Reytinqi 2800-ə çatdırmaq istəyirəm
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov reytinqi 2800-ə çatdırmaq istəyini bildirib. Təcrübəlu şahmatçı azerisport.az saytına açıqlamasında bu haqda belə danışıb:
“2010-cu il mənim üçün uğurlu olub. Reytinqimi yüksəltməklə yanaşı bir neçə beynəlxalq turnirdə yaxşı çıxış etmişəm. Reytinqimi 2800-ə çatdırmağı çox istərdim. Düşünürəm ki, gələn il bunu bacaracağam”.
