14 dekabr 2010 15:19
Şəhriyar Məmmədyarov rekordunu yeniləyir
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 1 yanvar 2011-ci ildə açıqlanacaq reytinqində ölkə rekordunu yeniləyəcək. Azerisport.az xəbər verir ki, Məmmədyarovun hesabında 2772 reytinq balı olacaq ki, bu azərbaycanlı şahmatçıların əvvəlki ən yüksək göstəricisini 9 bal qabaqlayır və bu rekordun da sahibi Məmmədyarovdur.
