10 noyabr 2010 21:03
Məmmədyarov Qrisşukla heç-heçə edir (YENİLƏNDİ)
Bu gün Moskvada təşkil olunan Mixail Talın memorialında beşinci turun görüşləri keçirldi. Azerisport.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov da bu turnirdə iştirak edir.
Bu gün Məmmədyarov qara fiqurlarla Aleksandr Qrisşukla qarşılaşdı. Lakin təmsilçimiz bu dəfə də qələbə qazana bilmədi.
Turnir cədvəli: Aronyan – 3,5, Məmmədyarov, Van Hao, Qrisşuk, Karyakin, Nakamura – hərəyə 3, Kramnik – 2,5, Qelfand, Elyanov – hərəyə 1,5, Şirov – 1.
