9 noyabr 2010 00:00
Məmmədyarov erməniyə qalib gələ bilmədi (YENİLƏNDİ)
Bu gün Moskvada M.Talın memorialında dördüncü turun görüşləri keçirldi. Azerisport.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov da bu turnirdə iştirak edir.
Bu gün Məmmədyarov Levon Aronyanla qarşılaşdı. Lakin təmsilçimiz qələbə qazana bilmədi və rəqiblə heç-heçəyə nail oldu.
Turnir cədvəli: Aronyan - 3, Məmmədyarov, Van Hao, Qrisşuk, Karyakin, Nakamura – hərəyə 2,5, Kramnik 2, Qelfand 1,5, Şirov, Elyanov – hərəyə 0,5.
