18 oktyabr 2010 00:07
Təmsilçimiz qələbə ilə başladı
Bu gün Plovdivdə Avropa klublarının Kuboku start götürdü. Azerisport.az xəbər verir ki, yarışda "SOCAR-Azerbaijan" komandası da iştirak edir. İlk turda komandamızın rəqibi Makedoniyanın "Gambit-Asseco-See" klubu oldu. Görüş Azərbaycan təmsilçisinin xeyirinə başa çatdı.
SOCAR-AZERBAIJAN– GAMBIT-ASSECO-SEE 5,5:0,5
Şəhriyar Məmmədyarov (2756) – Boris Çabaltaşev (2606) 0,5:0,5
Aleksandr Qrisşuk (2749) – Orçe Dançevski (2402) 1:0
Maksim Vaşye-Laqrav (2721) – Zoran Stoyçevski (2355) 1:0
Rüstəm Kasımcanov (2685) – Atanas Kizov (2389) 1:0
Rauf Məmmədov (2660) – Oliver Orqandziyev (2321) 1:0
Eltac Səfərli (2607) – Lyubitsa Andonovski (2295) 1:0
Turnir cədvəli: 1-10. Bihac (Bosniya), Vesnianka Gran (Belarusiya), Glasinac (Bosniya), SOCAR-Azerbaijan, Sankt-Peterburq Şahmat Federasiyası, Ekonomist (hər ikisi Rusiya), Baden-Baden (Almaniya), Mika (Ermənistan), Ural (Rusiya), ADANDZO&PGMB – Chernigiv (Ukrayna) – hərəyə 2 xal.
