19 oktyabr 2010 00:03
SOCAR növbəti qələbə qazanır (YENİLƏNDİ)
Bu gün Plovdivdə Avropa klublarının Kubokunun ikinci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, "SOCAR-Azerbaijan" komandası ilk turda Makedoniyanın "Gambit-Asseco-See" klubnu məğlub etdi. İkinci turda komandamız Belçikanın "Eynatten-KSK47" klubu ilə qarşılaşaraq, növbəti inamlı qələbəsini qazana bildi.
SOCAR-AZERBAIJAN – EYNATTEN-KSK47 4,5:1,5
Teymur Rəcəbov (2748) – Martin Dambaçer (2476) 0,5:0,5
Aleksey Şırov (2749) – Feliks Levin (2482) 1:0
Maksim Vaşye-Laqrav (2721) – Robin Svinkels (2478) 0,5:0,5
Rüstəm Kasımcanov (2685) – Kristian Braun (2373) 1:0
Rauf Məmmədov (2660) – Norbert Koenen (2353) 0,5:0,5
Eltac Səfərli (2607) – Robert Filipovski (2257) 1:0
Turnir cədvəli: 1-10. Ekonomist (Rusiya), Bihac (Bosniya), Baden-Baden (Almaniya), Mika (Ermənistan), Ural (Rusiya),SOCAR-Azerbaijan, , Sankt-Peterburq Şahmat Federasiyası (Rusiya), "Şahmatı 64" (Rusiya), Oslo (Norveç), ADANDZO & PGMB – Chernigiv (Ukrayna) – hərəyə 4 xal.
