3 oktyabr 2010 19:36
Levon Aronyan: Görüşün əvvəlindən Məmmədyarov hər şeyi düzgün edirdi
Ermənstanın şahmat üzrə yığmasının lideri Levon Aronyan azerisport.az saytına verdiyi açıqlamasında Azərbaycanla keçirilən görüş barəsində öz fikirlərini bildirdi.
"Doqquzuncu turda Məmmədyarov və İvançuk arasında çox maraqlı görüş keçirildi. Hesab edirəm ki, Şəhriyar bu görüşdə layiqli qələbə qazandı. Görüşün əvvəlindən o hər şeyi düzgün edirdi. Azərbaycanla oyuna gəldikdə isə, bu görüşü heçə çıxartdıq. Mən özüm Məmmədyarovla görüşdəki debütdə düzgün seçim etmədim. Sonradan səhvimi düzəltdim, hətta qalib də gələ bilərdim, lakin yenə də nə isə buraxdım. Bu turnirdə qonuşularımızla pis oynadıq. Ola bilsin ki, ölkələr arasında münasibəti yaxşılaşdırmaq istəyirik", - Aronyan dedi.
