2 oktyabr 2010 15:03
Azmayparaşvili Azərbaycan yığmasını tərk edəcək
Azərbaycanın şahmat üzrə yığmasının kapitanı Zurab Azmayparaşvili Rusiyada keçirilən Ümumdünya Şahmat Olimpiadasından sonra komanda tərk edə bilər. Azerisport.az xəbər verir ki, bu qərarın səbəbi açıqlanmır. Lakin ola bilsin ki, bu səbəblərdən biri komandanın Olimpiadada əldə edə biləcəyi nəticədən asılı olacaq. Azmayparaşvilini kim əvəzləyəcə hələ ki müəyyən deyil.
