1 oktyabr 2010 00:19
Azərbaycan turnirin liderinə məğlub oldu (YENİLƏNDİ)
Bu gün Xantı-Mansiyskda Ümumdünya Şahmat Olimpiadasının 9-cu turu keçirildi.
Azerisport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması hazırda turnir cədvəlinin lideri olan Ukrayna komandası ilə qarşılaşaraq, məğlub oldu. Qeyd edək ki, Qədir Hüseynovun yerinə Eltac Səfərli çıxış etdi. Komandanın kapitanı Zurab Azmayparaşvili Hüseynova istirahət üçün vaxt verib.
AZƏRBAYCAN – UKRAYNA 1,5:2,5
Şəhriyar Məmmədyarov (2756) – Vasili İvançuk (2754) 1:0
Teymur Rəcəbov (2748) – Ruslan Ponomaryov (2749) 0,5:0,5
Rauf Məmmədov (2660) – Pavel Elyanov (2761) 0:1
Eltac Səfərli (2607) – Zaxar Yefimenko (2683) 0:1
9-cu turun ən maraqlı görüşləri:
Ermənistan – Rusiya-1 1,5:2,5
Gürcüstan – Fransa 1,5:2,5
İzrail – Macarıstan 2,5:1,5
Kuba – Çin 1,2:2,5
Bolqarıstan – ABŞ 1,5:2,5
Hindistan – Polşa 1:3
Çexiya – Kanada 3:1
Xorvatiya – İspaniya 1,5:2,5
Belarusiya – Slovakiya 2,5:1,5
Norveç – Serbiya 1,5:2,5
Turnir cədvəli:1. Ukrayna – 16 xal, 2-3 Rusiya-1, Fransa – 15, 4-6 İzrail, Çin, ABŞ – 14, 7-10 Gürcüstan, Polşa, İspaniya, Ermənistan - 13, 13. Azərbaycan – 13 xal.
Həmçinin Azərbaycanın qadınlardan ibarət yığması Litva komandası ilə qarşılaşaraq, ona qalib gəldilər. Yığmamız son turda da qələbə qazana bilsə, o zaman ilk 20-yə düşmək şansı olacaq.
AZƏRAYCAN – LİTVA 3,5:0,5
Zeynav Məmmədyarova (2234) – Deimante Daulite (2307) 1:0
Türkan Məmmədyarova (2301) – Simona Limontaite (2187) 1:0
Gülnar Məmmədova (2293) – Zivil Sarakauskiene (2171) 0,5:0,5
Nərgiz Ümüdova (2251) – Viktoriya Beinoraite (2053) 1:0
9-cu turun ən maraqlı görüşləri:
Rusiya-1– Serbiya 1,5:2,5
Gürcüstan – Rusiya-2 2,5:1,5
Macarıstan – Çin 1:3
Ukrayna – Xorvatiya 3,5:0,5
Kuba – Hindistan 1,5:2,5
Bolqarıstan – Rumıniya 3:1
Slovakiya – Ermənistan 1,5:2,5
Polşa – Özbəkistan 4:0
ABŞ – Yunanıstan 2:2
Latviya – Qazaxıstan 2:2
Turnir cədvəli: 1. Rusiya-1 – 18 xal, 2-6 Çin, Ukrayna, Gürcüstan, Hidistan, Bolqarıstan - 14, 7-10 Serbiya, Ermənistan, Polşa, Rusiya-2 – 13, 14. Azərbaycan – 12.
