27 iyul 2010 13:27
Rəcəbov və Məmmədyarov Aronyana qarşı
Dünən azerisport.az xəbər vermişdi ki, şahmat üzrə Namizədlər turniri Rusiyanın Kazan şəhərində keçiriləcək. Bu gün məlum oldu ki, Azərbaycan Şahmat Federasiyası ilə əvvəlki razılaşmanı nəzərə alaraq, ölkəmizdən bu turnirdə bir namizəd də iştirak edəcək – Şəxriyar Məmmədyarov. Bunu FİDE-nin prezidenti Kirsan İlyumjinov bildirdi.
Həmçinin, namizədlər səkkizliyinə Veselin Topalov (Bolqarıstan), Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Teymur Rəcəbov (Azərbaycan), Boris Qelfand (İzrail) və Qata Kamski (ABŞ) daxildilər.
Topalovun Rusiyada oynamaqdan imtina etməsinə gəldikdə isə, İlyumjinov bildirdi ki, o Bolqarıstan təmsilçisinə məktub göndərəcək və xahiş edəcək ki, tələsik qərar verməsin. Əgər Topalov yenə də iştirakan imtina etsə onun yerini FİDE "Qra-pri"-sinin yekun protokolunda üçüncü olan rusiyalı Aleksandr Qrisşuk yer alacaq (Sport-Ekspress).
