7 iyun 2010 12:19
Azərbaycan kimə səs verəcək? (YENİLƏNİB)
Beynəlxalq Şahmat Federasiyanın (FİDE) hazırkı prezidenti Kirsan İlümjinovun internet saytında FİDE-nin növbəti prezident seçkilərində ona səs verəcək ölkələrin siyahısı dərc olunub.
azerisport.az xəbər verir ki, Azərbaycan hələ ki, 35 ölkənin daxil olduğu bu siyahıda yoxdur. Eyni zamanda, İlümjinovun seçkilərdə əsas rəqibi – dünya çempionu Anatoli Karpovu dəstəkləyənlərin də arasında hələ ki ölkəmizin adı çəkilmir.
Bu gün Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ölkəmiz hər iki namizədlə münasibətlərin yaxşı olmasına baxmayaraq, İlümjinova səs verəcək.
