1 may 2010 00:03
Məmmədyarov lideriyi əldən verdi, amma yenə də ikincidir
Bakıda keçirilən və ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunan şahmat üzrə beynəxalq “Prezident kuboku”nda daha 3 tur oynanılıb. Azerisport.az xəbər verir ki, ilk gündən sonra lider olan 3 görüşdə cəmi 1 xal toplayaraq, mövqeyini əldən verib. Yeni lider isə Qata Kamskidir. Amerikalı qrossmeyster məhz Məmmədyarov və Rauf Məmmədova qalib gələrək, yalnız Vladimir Kramnikə məğlub olub.
3-cü tur:
Vladimir Kramnik – Yudit Polqar 0,5:0,5
Qədir Hüsenov – Şəhriyar Məmmədyarov 0,5:0,5
Qata Kamski – Rauf Məmmədov 1:0
Teymur Rəcəbov – Emil Sutovki 1:0
4-cü tur:
Polqar – Sutovski 0,5:0,5
Məmmədov – Rəcəbov 0,5:0,5
Məmmədyarov – Kamski 0:1
Kramnik – Hüseynov 0,5:0,5
5-ci tur:
Hüseynov – Polqar 1:0
Kamski – Kramnik 0:1
Rəcəbov – Məmmədyarov 0,5:0,5
Sutovski – Məmmədov 1:0
Turnir vəziyyəti: Kamski – 3,5, Məmmədyarov, Kramnik, Sutovski – 3, Rəcəbov, Polqar – 2,5, Hüseynov – 2,5, Məmmədov – 1.
