30 aprel 2010 00:28
Məmmədyarov rəqib tanımır, Rəcəbov - autsayder
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan şahmat üzrə Prezident kubokuna start verilib. Azerisport.az xəbər verir ki, turnirin ilk günündə ilk tur oynanılıb.
Yarışda azərbaycanlı qrossmeysterlər – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovla yanaşı, 14-cü dünya çempionu Vladimir Kramnik (Rusiya), Qata Kamski (ABŞ), xanım qrossmeyster Yudit Polqar (Macarıstan) və Emil Sutovski (İsrael) mübarizə aparırlar.
İlk iki turun nəticələri belədir. Birinci tur:
Məmmədyarov – Polqar 1:0
Kramnik – Məmmədov 1:0
Hüseynov – Sutovski 0:1
Kamski – Rəcəbov 1:0
İkinci tur:
Polqar – Rəcəbov 0,5:0,5
Sutovski – Kamski 0,5:0,5
Məmmədov – Hüseynov 0,5:0,5
Məmmədyarov – Hüseynov 0,5:0,5
Turnir vəziyyəti: Məmmədyarov – 2 xal, Kamski, Sutovski – 1,5, Kramnik – 1, Rəcəbov, Məmmədov, Hüseynov, Polqar – 0,5.
