25 fevral 2010 01:30
Həmyerlimiz erməniyə məğlub oldu və 4-cü oldu
Linaresdə keçirilən superturnir başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün üçün ölkənin ən güclü şahmatçısı olan Vüqar Həşimov 6 şahmatçı arasında 4-cü olub. Qrossmeysterimiz son turda Ermənistan şahmatçısı Levon Aronyana məğlub olaraq, 4 xalla ispaniyalı Valyexo və israilli Gelfandla birgə 4-6-cı yerləri bölüşdürüb. Turnirin qalibi adını isə 6,5 xal toplayan Bolqarıstan qrossmeysteri Veselin Topalov qazanıb.
