25 noyabr 2016 13:30

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var. "Bakı-2015" I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Oyunlar zamanı Mingəçevirdə təşkil olunan kayak və kanoe yarışları da çox uğurla keçib".

Azerisport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinə qatılan Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds deyib.

Konqresin yüksək səviyyədə təşkil olunduğunu bildirən A.Vuds Azərbaycanda avarçəkmə növlərinin inkişafına böyük diqqətin göstərildiyini vurğulayıb: "Azərbaycan hökuməti, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Avarçəkmə Federasiyasının dəstəyi böyük təqdirə layiqdir. Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi. Dövlət başçısı paytaxtda da kanoe yarışları üçün kanalın yaradılmasının maliyyələşdirilməsinə xüsusi diqqət və önəm verir. Bu, bizim üçün xoş xəbərdir və öz kompetensiyamız daxilində yaymağa çalışacağıq. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov kanoe növlərinə və ümumilikdə idmana böyük diqqət ayrır, dəstək verirlər. Bu da bizim üçün çox sevindirici haldır".

Qeyd edək ki, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzi fəaliyyət göstərsə də, Bakıda avarçəkənlərin hazırlıq keçməsi üçün belə imkan yoxdur.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.
Su idman növləri 30 iyul

Azərbaycanın 3 kayakçı və kanoeçisi DÇ-nin yarımfinalına vəsiqə qazanıb

Belarusun paytaxtı Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçiləri bu gün daha 3 yürüşə qatılıb.