30 iyul 2016 11:00

Azərbaycanın 3 kayakçı və kanoeçisi DÇ-nin yarımfinalına vəsiqə qazanıb

Belarusun paytaxtı Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçiləri bu gün daha 3 yürüşə qatılıb. Azerisport.az xəbər verir ki, əvvəlcə start xəttinə yeniyetmə kanoeçi Mixail Bıxkalo çıxıb. O, 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşdə 44,693 saniyə nəticə ilə 7-ci yeri tutub. Bıxkalo moldovalı Arkadi Qonçarov (45,928) və avstraliyalı Bencamin Menninqi (48,503) geridə qoyduğu halda, macarıstanlı Konrad Nemedi (41,331), ukraynalı Sergey Naqornı (41,533), ispaniyalı Pablo Qranya (42,481), rumıniyalı Mariuş Milu (42,721), italiyalı Mattia Alfonsi (43,111) və meksikalı Gilyermo Quirino Medranodan (43,816) geri qalıb.

Bu nəticə ilə 17 yaşlı kanoeçi ən yaxşı 7-ci yer sahibi kimi yarımfinala yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 17:10-da başlanacaq növbəti mərhələ yürüşündə onun rəqibləri slovakiyalı Yakub Lutas, polşalı Yakub Brodka, çexiyalı Petr Fuksa, macarıstanlı Konrad Nemedi, litvalı İlya Davidovski, almaniyalı Morits Adam, filippinli Ojay Fuentes və meksikalı Gilyerme Quirino Medrano olacaq. İlk 3 yerin sahibləri əsas finala, 4 - 6-cı yerləri tutanlar B finalına (10 - 18-ci yerlər) vəsiqə qazanacaqlar.

23 yaşadək kayakçıların mübarizəsində Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşdə çıxış edib. O, finişə 37,699 saniyəyə 5-ci çataraq, almaniyalı Maks Lemke (35,238), belçikalı Conatan Delomberde (36,070), italiyalı Cakomo Çinti (36,608) və sloveniyalı Tilen Vidoviçdən (36,923) geri qalıb. 22 yaşlı idmançı yalnız makaulu Hyo Man Çonqu (43,655) üstələyib. Tunisli Yassin Mohamed ben Hacla əlcəzairli Ussama Cabali start xətinə çıxmayıb. Mustafayev ilk "7-liy"ə düşdüyündən, adını yarımfinala yazdırıb.

Bu gün saat 17:30-da başlanacaq növbəti mərhələ yürüşündə təmsilçimiz tacikistanlı Abdusattor Qafurov, qırğızıstanlı Kirill Bondar, belaruslu Dmitri Tretyakov, macarıstanlı Balaj Birkaş, belçikalı Conatan Delomberde, portuqaliyalı Uqu Roxa, yeni zelandiyalı Karl Makmurtri və sinqapurlu Vey Çenq Brendon Uyla mübarizə aparacaq. İlk 2 yerin sahibləri və 3-cü yeri tutanlar arasında ən yaxşı nəticə göstərən idmançı əsas finala, 3-4-cü yerlərin sahibləri və 5-ci yeri tutanlar arasında 2 ən yaxşı göstəriciyə malik olanı B finalına (10 - 18-ci yerlər), 5 - 6-cı yerlərdə qərarlaşanlar və 7-ci yeri tutanlar arasında 3 ən yaxşı nəticəyə imza atan şəxslər C finalına (19 - 27-ci yerlər) yüksələcəklər.

Nəhayət, Nikita Sablin 23 yaşadək kanoeçilər arasında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşdə finişə 42,209 saniyəyə 6-cı çatıb. Portuqaliyalı Tyaqo Tavares (40,249), belaruslu Qleb Saladuxa (40,466), fransalı Loik Leonar (40,511), ispaniyalı Fransisko Luenqo (40,574) və braziliyalı Mayko Ferreyra dos Santosdan (40,748) geri qalan 19 yaşlı idmançı ekvadorlu Visente Qonsaleslə (42,778) qırğızıstanlı Tilek Satıbaldiyevi (44,599) üstələyib. İlk "6-lığ"a düşdüyündən, Sablin yarımfinala yüksəlib.

Bu gün saat 18:10-da startı veriləcək növbəti mərhələ yürüşündə onun rəqibləri latviyalı Boris Lonski, qazaxıstanlı Sergey Yemelyanov, almaniyalı Anton Reqorius, iranlı Adil Mojallalimoğadam, portuqaliyalı Tyaqu Tavareş, italiyalı Nikolae Krakyun, tailandlı Fanufonq Jiranaronqçay və filippinli Ermi Makaranas olacaq.

Qeyd edək ki, dünya çempionatına avqustun 31-də yekun vurulacaq. Azərbaycan təmsilçilərindən Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1), eləcə də Nikita Sablinlə birgə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə yarımfinal səddini keçə bilməyərək, mübarizəni dayandırıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.