28 may 2016 20:20

Azərbaycan kayakçısı dünya kubokunda gümüş medal qazandı

Çexiyanın Raçitse şəhərində keçirilən kayak və kanoe üzrə 2-ci dünya kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yürüşdə İnna Osipenko-Radomskaya gümüş medala sahib olub.

Finişə 40,114 saniyəyə çatan 34 yaşlı idmançı yalnız fransalı Sara Quyodan 0,194 saniyə geri qalıb. Bürünc medalı isə 40,920 saniyə nəticə ilə slovakiyalı Martina Kohlova əldə edib.

Sonrakı pillələri ardıcıl olaraq, sloveniyalı Spela Ponomarenko Yaniç (41.142), isveçli Linnea Stensils (41,314), böyük britaniyalı Cessika Valker (41,492), çinli Yue Li (41,520) və Yu Ju (41,570), eləcə də kubalı Yusmari Menqana Rodriges (41,848) tutub.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya 2-ci dünya kubokunda qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşə də qatılacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.