28 may 2016 00:15

Azərbaycan kayakçısı dünya kubokunda finala yüksəldi

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə II Dünya Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisindən 2-si mübarizə aparıb.

Yeganə kayakçı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə qatılıb. 34 yaşlı idmançı seçmə yürüşdə finişə 41,941 saniyəyə çatıb. Nəticədə o, bütün rəqiblərini - kanadalı Andrean Lanqlua (42,252), qazaxıstanlı İnna Klinova (42,308), böyük britaniyalı Angela Hanna (43,358), çexiyalı Mixaela Fasnerova (44,619), tunisli Afet ben İsmail (46,224), polşalı Anna Qodek (47,091), misirli Mentalla Ali Ahmedi (51,047) üstələyib və yarımfinala yüksəlib.

Növbəti mərhələdə Osipenko-Radomskaya eyni məsafəni daha az vaxta - 39,823 saniyəyə qət edib. Bu dəfə də təcrübəli kayakçı birinci yeri tutaraq, böyük britaniyalı Cessika Valker (40,651), çinli Yu Ju (40,673), slovakiyalı İvana Kmetova (41,045), CAR təmsilçisi Esti van Tonder (41,912), irlandiyalı Cennifer Eqan (42,123), yaponiyalı Kana Tanaka (43,289), türkiyəli Hilal Avcı (43,478) və samoalı Anne Kairnsi (44,184) geridə qoyub. Beləliklə, Osipenko-Radomskaya finala adlayıb.

Mayın 28-də Bakı vaxtı ilə saat 13:36-da başlanacaq yürüşdə onun rəqibləri Yu Ju (Çin), Martina Kohlova (Slovakiya), Yue Li (Çin), Spela Ponomarenko Yaniç (Sloveniya), Sara Quyo (Fransa), Cessika Valker (Böyük Britaniya), Yusmari Menqana Rodriges (Kuba) və Linnea Stensils (İsveç) olacaq.

1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə seçmə yürüşə qatılan Aleksey Kupin finişə 4 dəqiqə 15,719 saniyəyə çataraq, 6-cı olub. O, indoneziyalı Anvar Tarra (4:15.719) və tacikistanlı Şahriyor Daminovu (4:25.052) üstələsə də, moldovalı Sergey Tarnovski (4:03.591), özbəkistanlı Vadim Menkov (4:05.947), macarıstanlı Kristof Zoltan Sabo (4:05.969), çexiyalı Lukas Hajek (4:14.141) və estoniyalı Yosep Karlsondan (4:15.408) geri qalıb. Bu nəticə ilə Kupin yarımfinala yüksəlib. Lakin 21 yaşlı kanoeçi bu dəfə finişə 4 dəqiqə 43,181 saniyəyə çataraq, 9 iştirakçı arasında sonuncu olub və mübarizəni dayandırıb. O, yürüş iştirakçılarından çexiyalı Martin Fuksa (3:56.581), ukraynalı Eduard Şemetılo (3:58.842), kanadalı Mark Uilyam Olderşav (4:00.031), macarıstanlı Kristof Zoltan Sabo (4:00.992), slovakiyalı Matey Rusnak (4:02.781) və Vinsent Farkaş (4:06.903), qazaxıstanlı Sergey Yemelyanov (4:08.170), eləcə də estoniyalı Yosep Karlsondan (4:11.147) geri qalıb.

Bu gün həm də yeni məsafələrdə yürüşlərə start veriləcək. Saat 16:40-da kanoeçi Nikita Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşə başlayacaq. Onun seçmə yürüşdəki rəqibləri Anvar Tarra (İndoneziya), Yuri Çeban (Ukrayna), Sonq Xinq (Çin), Visente Qonsales (Ekvador), Yevgeni Şuklin (Litva) və Ştefan Kiray (Almaniya) olacaq. İlk 6 yerin sahibləri yarımfinala yüksələcəklər.

Saat 17:28-də kayakçı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə mərhələ yürüşünə başlayacaq. Onun ilk rəqibləri Ana Paula Verquts (Braziliya), Hermien Peters (Belçika), Dalma Ruziçiç Benedek (Serbiya), Raçel Kautorn (Böyük Britaniya), Sofia Kampana (İtaliya), Tamara Takaks (Macarıstan) və Karin Yohansson (İsveç) olacaq. İlk 6 yeri tutanlar yarımfinala çıxacaqlar.

Nəhayət, saat 18:33-də kanoeçi Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşə başlayacaq. Seçmə mərhələdə onun rəqibləri Fanufonq Jiranoronqçay (Tailand), Stepan Larionov (Qazaxıstan), Daniel Leon (Ekvador), Anvar Tarra (İndoneziya), Şahriyor Daminov (Tacikistan), Martin Fuksa (Çexiya), Vadim Menkov (Özbəkistan) və Vinsent Farkaş (Slovakiya) olacaq. Yürüşün qalibi finala, 2 - 7-ci yerləri tutanlar yarımfinala yüksələcəklər.

Qeyd edək ki, I Dünya Kubokunda İnna Osipenko-Radomskaya 200 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.