22 may 2016 14:00

Azərbaycan kayakçısı dünya kubokunda daha bir medal qazandı

Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə I Dünya Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması nüfuzlu reqatanı 2 medalla başa vurub.

Hər iki medala 1 nəfərlik kayak qayığı (K-1) ilə çıxış edən İnna Osipenko-Radomskaya sahib olub. Sonuncu yarış günündə 34 yaşlı idmançı 500 metr məsafəyə final yürüşünə qatılıb. Naomi Flud (Avstraliya), Liza Karrinqton (Yeni Zelandiya), Yu Ju (Çin), Marina Litvinçuk (Belarus), Danuta Kozak (Macarıstan), Emili Furnel (Kanada), Emma Ostrand Yörgensen (Danimarka) və Spela Ponomarenko Yaniç (Sloveniya) ilə mübarizədə Osipenko-Radomskaya finişə 1 dəqiqə 48,368 saniyəyə çataraq, bürünc medala sahib olub. Kozak 1 dəqiqə 47,071 saniyə nəticə ilə qızıl, Karrinqton isə 1 dəqiqə 48,196 saniyə göstərici ilə gümüş medal qazanıb.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya ötən gün 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə gümüş medala sahib olub. Təcrübəli kayakçı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm 200 metr, həm də 500 metr məsafələrə yürüşdə çıxış edəcək. (AMAF-ın mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.