21 may 2016 16:00

Azərbaycan kayakçısı dünya kubokunda gümüş medal qazanıb

Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə I Dünya Kubokunda Azərbaycan yığması ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşündə İnna Osipenko-Radomskaya gümüş medala sahib olub.

Dora Luç (Macarıstan), Nataşa Duçev-Yaniç (Macarıstan), Liza Karrinqton (Yeni Zelandiya), Sara Quyo (Fransa), Anastasiya Todorova (Ukrayna), Emma Ostrand Yörgensen (Danimarka), Marta Valçikeviç (Polşa) və Almi Fişerlə (Yeni Zelandiya) ilə mübarizədə Osipenko-Radomskaya finişə 39,472 saniyəyə çatıb. O, yalnız Karrinqtondan 0,592 saniyə geri qalıb. Bürünc medalı isə Azərbaycan kayakçısının 0,159 saniyə geridə qoyduğu Valçikeviç qazanıb.

Qeyd edək ki, Azərbaycanın I Dünya Kubokundakı yeganə kayakçısı 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşə də qatılacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.