21 may 2016 00:30

Azərbaycan kayakçısı dünya kubokunun finalına yüksəlib

Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə I Dünya Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, 3 günlük nüfuzlu reqatada Azərbaycanı 4 idmançı təmsil edir.

Bakı vaxtı ilə saat 11:45-də mübarizəyə kanoeçi Aleksey Kupin başlayıb. 1 nəfərlik qayıqla (C-1) çıxış edən Kupinin 7 rəqibi olub: Vinsent Slominski (Polşa), Oleq Tarnovski (Moldova), Adrian Bart (Fransa), Dieqo Romero (İspaniya), Stefanos Dimopulos (Yunanıstan), Rivey Vanq (Çin), Gerasim Koçnev (Özbəkistan). Azərbaycan təmsilçisi finişə 4 dəqiqə 3,436 saniyəyə çataraq, 7-ci olub. Bu nəticə ilə Kupin yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə o, Sebastian Brendel (Almaniya), Pavlo Altuxov (Ukrayna), Vinsent Slominski (Polşa), Adrian Bart (Fransa), Sergey Yemelyanov (Qazaxıstan), Oleq Şurikin (Rusiya), Adam Qavenda (Slovakiya) və Stepan Larionovla (Qazaxıstan) mübarizədə 4 dəqiqə 15,872 saniyə nəticə ilə 7-ci yeri tutub və mübarizəni dayandırıb. Kupin daha öncə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında çıxış edib. O, yarımfinalda mübarizəni dayandıraraq, lisenziyasız qalıb.

Saat 12:50-də yeganə kayakçı, artıq "Rio-2016"ya lisenziyanı təmin etmiş İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə başlayıb. Seçmə yürüşdə olimpiya çempionunun rəqibləri Yuliya Borzova (Özbəkistan), Viktoriya Şvarts (Avstriya), Jimey Sara Çen (Sinqapur), İvana Kmetova (Slovakiya), Yu Ju (Çin), Cennifer Eqan (İrlandiya), Anastasiya Nevskaya (Rusiya) və Tabea Medert (Almaniya) olub. Osipenko-Radomskaya yürüşü hamıdan tez - 40,743 saniyəyə tamamlayaraq, yarımfinala yüksəlib.

Növbəti mərhələdə o, Marta Valçikeviç (Polşa), Spela Yanik Ponomarenko (Sloveniya), Marina Litvinçuk (Belarus), Emili Furnel (Kanada), Jo Briqden-Cons (Avstraliya), Julie Frölund Funx (Danimarka), Hanna Braun (Böyük Britaniya) və Cennifer Eqan (İrlandiya) ilə mübarizədə finişə yenə hamıdan tez - 40,629 saniyəyə çatıb və adını finala yazdırıb. Həlledici yürüş mayın 21-də saat 15:05-də olacaq.

Sabah digər yürüşlər də olacaq. İlk olaraq, Nikita Sablin və olimpiadaya daha bir lisenziyanın sahibi Valentin Demyanenko mübarizəyə başlayacaq. Hər iki kanoeçi 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Start xəttinə 10:55-də çıxacaq Sablinə Vadim Korobov (Litva), Aleksandr Maksimçuk (Ukrayna), Alfonso Benavides (İspaniya), Qianq Li (Çin), İvan Ştıl (Rusiya) və Zaza Nadiradze (Gürcüstan) rəqib olacaq. Bundan 5 dəqiqə sonra yürüşə atılacaq Demyanenko isə Conatan Haydu (Macarıstan), Angel Kodinov (Bolqarıstan), Pyer-Luk Laliberte (Kanada), Timur Xaydarov (Qazaxıstan), Ştefan Holts (Almaniya) və Yuri Çebanla (Ukrayna) yarışacaq. Hər 2 yürüşdə ilk 7-liyə düşənlər və 8-ci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik kanoeçi yarımfinala adlayacaq.

Saat 11:39-da Kupin 1 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşə çıxacaq. Onun 8 rəqibi olacaq: Abdulaye Queye (Seneqal), Zaza Nadiradze (Gürcüstan), Ferents Seksardi (Avstraliya), Oleq Tarnovski (Moldova), Serciu Krakyun (İtaliya), Leon Mussell (Kuk adaları), Yosep Karlsson (Estoniya), Denis Kovalenko (Ukrayna). Yürüşün qalibi birbaşa finala, 2 - 7-ci yerlərin sahibləri yarımfinala yüksələcək.

Nəhayət, saat 17:41-də İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri Yuliya Frölund Funx (Danimarka), Zoya Anançenko (Qazaxıstan), Yuliya Borzova (Özbəkistan), Jia Ninq Debora Sav (Sinqapur), Fransiska Vidmar (İsveçrə), Yuliana Salaxova (Rusiya) və Hideka Tatara (Yaponiya) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala adlayacaqlar.

Qeyd edək ki, I Dünya Kubokuna mayın 22-də yekun vurulacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.