18 may 2016 11:00

Kanoeçimiz olimpiadaya lisenziya xarakterli Avropa Təsnifat Reqatasında mübarizəyə başlayır

Almaniyanın Duysburq şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri kayak və kanoe üzrə Avropa Təsnifat Reqatası start götürüb. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək reqatada Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

Bu, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüş edəcək Aleksey Kupindir. Kupin mübarizəyə Bakı vaxtı ilə saat 11:20-də başlayacaq. O, Stefanos Dimopulos (Yunanıstan), Yosep Karlsson (Estoniya), Strahinya Mladeziç (Serbiya), Matey Rusnak (Slovakiya) və Dieqo Romero (İspaniya) ilə yarışacaq. Digər yürüşdə Karlo Taççini (İtaliya), Daqnis İlyins (Latviya), Leonid Karp (Rumıniya), Aleksey Maxnist (Belarus) və Angel Kodinov (Bolqarıstan) iştirak edəcək. Hər yürüşdə ilk "3-lüy"ə düşənlər birbaşa əsas finala yüksələcəklər. Sonrakı yerlərin sahibləri isə yarımfinalda çıxış edəcəklər. Olimpiadaya lisenziya qazanmaq üçün final yürüşündə finişə ilk 2 yerdə çatmaq lazımdır.

Kupin Azərbaycan millisinin üzvü kimi ilk dəfə xaricdə keçiriləcək reqatada 1 nəfərlik qayıqla qüvvəsini sınayacaq. O, əvvəllər Sergey Bezuqylıy ilə birgə 2 nəfərlik qayıqla (K-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə çıxış edib.

Qeyd edək ki, Avropa Təsnifat Reqatası "Rio-2016"ya lisenziya üçün son şansdır. Ötənilki dünya çempionatında Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko isə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə olimpiadada iştirak hüququna yiyələnib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.