4 may 2016 00:05

Rio-2016-ya lisenziya qazanan avarçəkənlər xarici ölkələrdə təlim-məşq toplanışındadırlar

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan kayak və kanoeçiləri hazırlıqlarını müxtəlif xarici ölkələrdə davam etdirirlər. Azerisport.az xəbər verir ki, bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko, kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya və kanoe-slalomçu Yure Meqliçdir.

Demyanenko Belarusun Brest şəhərindəki Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində şəxsi məşqçisinin rəhbərliyi altında xüsusi plan əsasında çalışır. Osipenko-Radomskaya isə Ukraynanın Kiyev vilayətindəki Obuxov avarçəkmə bazasında hazırlıq keçir. Hər iki idmançının ilk ciddi sınağı 20 - 22 mayda Almaniyanın Duysburq şəhərində keçiriləcək I Dünya Kubokunda olacaq.

Meqliç isə hazırda Sloveniyada təlim-məşq toplanışındadır. O, daha öncə Avstriya və İspaniyada da hazırlıq keçib. 32 yaşlı idmançını qarşıda Avropa çempionatı gözləyir. Mayın 12-də Slovakiyanın Liptovski şəhərində start götürəcək çempionat 4 gün davam edəcək.

Qeyd edək ki, "Rio-2016"da kanoe-slalom yarışları 7 - 11 avqustda keçiriləcək. Kayakçı və kanoeçilər isə 15 - 20 avqustda mübarizə aparacaqlar. Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı ilə 200 metr, İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı ilə 200 metr və 500 metr məsafələrə yürüş edəcək. Yure Meqliç isə 1 nəfərlik kanoe-slalom qayığı ilə çıxış edəcək. (AMAF-ın mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.