7 aprel 2016 17:20

Dmitri Sablin: Olimpiadaya ən azı 1 lisenziya götürməyi planlaşdırıram

Azərbaycanın kayak və kanoe üzrə milli komandasının yeni baş məşqçisi Dmitri Sablin AMAF-ın mətbuat xidmətinə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Yeni mövsümə hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Gərgin mövsüm oldu. Ciddi yüklənmələr altında çoxlu iş gördük. Hər şey yaxşıdır, idmançıların hamısı məni sevindirdi. Bütün yığma komanda yaxşı çıxış etdi. Hamısı yüksək yerləri tutdu. Belə də olmalıdır. Ən güclü kayakçı və kanoeçilərlə qələbələr qazanmalı idik. Gələcək planlarımızda böyüklər və 23 yaşadək kayakçı və kanoeçilər arasında Avropa, dünya çempionatları, Dünya Kuboku mərhələləri və təbii ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları var. İlk dəfə komanda qayıqlarında çıxış edəcəyik. İndiyədək demək olar ki, yığma üzvləri 1 nəfərlik və 2 nəfərlik qayıqlarla yürüşlərə qatılmışdılar. İdmançıların fərdi səviyyəsini də yoxlamaq istərdik. Uşaqlar ağır və çox iş gördülər. Prezident Kubokundan sonra bir həftə istirahət edəcəklər. Sonra da yenidən məşqləri bərpa edəcəyik.

- Hələlik, kayak və kanoe növündə 2 idmançıya 3 lisenziya qazanılıb. Növbəti lisenziyaları əldə etmək mümkün olacaqmı?
- Bəli. Mayın 16 - 19-da Almaniyanın Duysburq şəhərində "Rio-2016"ya lisenziya xarakterli Avropa təsnifat reqatası keçiriləcək. Reqataya 2 idmançımız qatılacaq. Aleksey Kupin 1 nəfərlik kanoe qayığı ilə 1000 metr, Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüş edəcək. Ən azı 1 lisenziya götürməyi planlaşdırıram. Bu vəsiqə mütləq qazanılmalıdır. Düzdür, ilk 2 yeri tutanlara lisenziya veriləcək.

- Bəs Prezident Kubokunda qalib və mükafatçı olan Tamerlan Mustafayevin durumunu necə dəyərləndirirsiniz?
- Onun olimpiya lisenziyalı reqatalarda iştirakı üçün hələ tezdir. Mustafayevə yenə hazırlaşmaq lazımdır. Tamerlan 23 yaşadək kayakçıların Avropa və dünya çempionatlarında çıxış edəcək. Hələlik onun hazırlıq səviyyəsi böyüklərlə bərabər səviyyədə mübarizə aparmağa imkan vermir.

- Demək ilkin məqsədiniz növbəti lisenziyalar əldə etməkdir?
- Bəli. Başlıca məqsədimiz budur. Kupin 1000 metr məsafəyə yürüşlərdə məşq vaxtı yaxşı nəticələr göstərir. O, Prezident Kubokunda da gözəl çıxış etdi. Ümid edirik ki, lisenziya da qazana biləcək.

- Əvvəllər Aleksey Kupin Sergey Bezuqlıy ilə birgə 2 nəfərlik kanoe qayıqlarında çıxış edirdi. Belə çıxır ki, əslində Kupin 1 nəfərlik qayıqla mübarizə aparmalı idi...
- Ola bilsin. Mənim fikrimcə, Kupin 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə lisenziya qazana bilər. Çünki hazırda əvvəlki vaxtlarından daha güclüdür.

- İstənilən halda Azərbaycana olimpiya medalı lazımdır. 2012-ci il London olimpiadasında Sergey Bezuqlıy - Maksim Prokopenko dueti buna çox yaxın idi. Bəs bu dəfə mükafatçılar sırasına düşmək mümkün olacaq?
- Hazırda kayakçı İnna Osipenko-Radomskaya yaxşı hazırlıqlıdır. Kanoeçi Valentin Demyanenko da məşq edir. Görək, mayda Dünya Kubokunun ilk 2 mərhələsində necə çıxış edəcək. Hər şeyi bu reqatalar göstərəcək. Medal ümidlərimiz bu iki idmançıyadır.

- Amma "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanan Demyanenkodan fərqli olaraq, Osipenko-Radomskaya nə 500 metr, nə də 200 metr məsafəyə yürüşlərdə mükafatçılar sırasına düşdü...
- O, bir qədər gec - müəyyən dövrdən sonra məşqlərə başlamışdı. Medalsız qalmasını da bununla əlaqələndirərdim. Hazırda isə o, daha hazırlıqlıdır. Böyük işlər görülüb. Avropa Oyunlarından sonra İnna dünya çempionatında layiqli mübarizə apararaq, iki lisenziya qazandı. Mükafatçılar sırasına düşə bilməsə də, birinci pillədən çox az geri qaldı. Fikrimcə, o, "Rio-2016"dan medalla qayıdacaq.

- Çox az fərq deyirsiniz. Amma nəzərə almaq lazımdır ki, 200 metr məsafədə qələbəni santimetrlər müəyyənləşdirir...
- Bəli, bu, sprinter məsafəsidir. Lakin şəxsi məşqçisi Dmitri Radomskaya onun üzərində çox işləyir. İnna böyük səylə hazırlaşır və Ukrayna yığmasından sonra Azərbaycan millisində də olimpiya medalı qazanmaq istəyir. Hamımız ümidvarıq ki, belə də olacaq.

- Oğlunuz Mikita Sablin də Azərbaycan yığmasındadır. O da Prezident Kubokunda mükafatçılar sırasında idi...
- Mikita "Rio-2016"ya yollanmaq üçün Valentin Demyanenko ilə mübarizə aparacaq. Kanoedə lisenziyanı Demyanenko qazansa da, vəsiqə ölkəyə verilir. Bu səbəbdən, ən yaxşı formada olan kanoeçi olimpiadaya aparılacaq. Bəlkə elə alındı ki, olimpiadaya mənim oğlum getdi. O da yaxşı hazırlaşır, çox iş görüb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.