9 noyabr 2015 13:40

Mingəçevirdə Beynəlxalq Prezident Kuboku Reqatası keçirilib

Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Mingəçevir Reqatası keçirilib. Azerisport.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya və Avarçəkmə Mərkəzində keçirilmiş ənənəvi reqatada müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb.

Əksər yürüşlərdə Azərbaycan idmançıları üstün olublar. Ən ciddi rəqabət böyüklərin mübarizəsində yaşanıb. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Boris Yotov qazanıb. 19 yaşlı avarçəkən finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb. Yotov olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaq yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib. Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub.

Daha bir gözlənilməz nəticə kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb. Tamerlan Mustafayev 23 yaşadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb. Mustafayev finişə 39,64 saniyəyə hamıdan öndə çatdığı halda, Cavadov bu məsafəni 40,22 saniyəyə qət edərək, dördüncü yerlə kifayətlənib. Yevgeni Karabuqa 40,08 saniyə nəticə ilə ikinci, Maksim Minin isə 40,72 saniyə göstərici ilə üçüncü olub.
 
Kanoeçilərin mübarizəsində isə Nikita Sablin mütləq qalib olub. Gənc idmançı özündən 1 nəfərlik qayıqla hər 3 məsafədə yürüşdə rəqiblərini üstələyib. O, 200 metr məsafəni 44 saniyəyə qət edərək, Kupini 1 saniyə geridə qoyub. 3-cü yeri 47,48 saniyə nəticə ilə Gürcüstan təmsilçisi Malxaz Tsintçaraşvili tutub.

500 metr məsafəyə yürüşdə Sablin 2 dəqiqə 4 saniyə nəticə göstərdiyi halda, Taras Matviyçuk finişə 2 dəqiqə 6 saniyəyə, Aleksey Kupin isə 2 dəqiqə 7 saniyəyə çatıb. 1000 metr məsafəyə yürüşə gəldikdə, 4 dəqiqə 34 saniyəlik göstərici ilə birinci olan Sablin Kupini 1 saniyə qabaqlayıb.

Qeyd edək ki, Beynəlxalq Mingəçevir Reqatasında yüksək nəticələr göstərən Azərbaycan idmançıları müvafiq yığma komandaların heyətinə cəlb olunaraq, təlim-məşq toplanışlarına qatılacaqlar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.