15 oktyabr 2015 12:30

Azərbaycan Su İdman Növləri Federasiyasına yeni vitse-prezident təyin olundu

Dünən Azərbaycan Su İdman Növləri Federasiyasının icrayyə komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın mətbuat xidməti yayıb.

İclasda fəaliyyət planları və görüləcək işlər müzakirə olunub. Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının yeni vitse-prezidenti təyin olunub. Bu vəzifəyə Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov təsdiq edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Braziliyada keçiriləcək RİO-2016 Olimpiadasına və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər müzakirə olunub. 

İcrayyə komitəsinin iclasında həmçinin federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. Onlar federasiya rəhbərliyinə Bakı 2015 Avropa Oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idman növlərinə olan maraqları, qarşıdakı illərdə keçiriləcək idman yarışlarında iştiraklar və bir çox məsələlər barədə məlumat veriblər. 

Sonda Azərbaycan Su İdman Növləri Federasiyasının 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib, müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.