3 sentyabr 2015 19:30

Aleksandr Aleksandrov - Boris Yotov dueti dünya çempionatının yarımfinalında!

Fransanın Eqebelet şəhərindəki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatında 1/4 final yürüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə finişə 6 dəqiqə 22,09 saniyəyə çatıb.

Onlar 3-cü yeri tutaraq, xorvatiyalı Martlin Sinkoviç - Valent Sinkoviç (6:18.48) və kubalı Eduardo Rubio Rodriges - Adrian Oquendo İbanyes (6:20.82) cütlükləri ilə birgə yarımfinala, yəni, 12 ən güclü duet arasına yüksəliblər. Növbəti mərhələdə rəqiblər Nils Yakob Hoff - Kyetil Borx (Norveç), Martin Sinkoviç - Valent Sinkoviç (Xorvatiya), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Ceyms Makrey - Aleksandr Belonoqov (Avstraliya) Cakomo Centli - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Yürüş sentyabrın 4-də Bakı vaxtı ilə saat 13:37-də başlanacaq. Olimpiadaya lisenziya qazanmaq üçün bu duetlər arasında sonuncu olmamaq kifayət edir. Başqa sözlə, Aleksandrov - Yotov dueti yarımfinalda da ilk "3-lüy"ə düşərək, finala yüksələcəyi təqdirdə, həlledici mərhələnin nəticəsindən asılı olmayaraq, lisenziyanı təmin edəcək.

Digər təmsilçilərimizə gəldikdə, qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə Cavid Əfəndiyev D finalında (19 - 24-cü yerlər) mübarizə aparacaq. Tarixdə ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində təmsil olunan Asif Qasımov da eyni yerlər uğrunda yarışacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.