31 avqust 2015 18:40

Akademik avarçəkənlərimiz dünya çempionatının 1/4 finalına yüksəlib

Fransanın Eqebelet əyalətində keçirilən dünya çempionatında Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet mübarizəyə başlayıb. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) çıxış edən cütlük seçmə yürüşdə Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) duetləri ilə yarışıb.

Təmsilçilərimiz finişə 6 dəqiqə 17,11 saniyəyə çataraq, 4-cü yeri tutublar. Bu nəticə ilə onlar Fransa (6:08.80), Yeni Zelandiya (6:10.46) və Avstraliya (6:14.85) cütlükləri ilə birgə 1/4 finala yüksəliblər. Növbəti mərhələ yürüşü sentyabrın 3-də keçiriləcək. 2 nəfərlik qoşa avarlı qayıqla yürüşlərdə ilk "11-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkidəli qayıqdakı təmsilçimiz Cavid Əfəndiyev də 1/4 finala yüksəlib. 25 yaşlı avarçəkən təsəlli yürüşündə yalnız puerto-rikolu Jozef Purmandan 1,84 saniyə geri qalaraq, 7 dəqiqə 13,33 saniyə nəticə ilə 2-ci yeri tutub. Hər iki idmançı növbəti mərhələyə yüksəlib. 1/4 final yürüşləri sentyabrın 2-də olacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

 

 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.