23 avqust 2015 01:10

Azərbaycan kayakçısı Rio olimpiadasına daha bir lisenziya qazana bilər

Azərbaycan kayakçısı İnna Osipenko Rodomska 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazana bilər. Azerisport.az xəbər verir ki, bunun üçün 33 yaşlı idmançının İtaliyanın Milan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə final yürüşündə 8-ci yeri tutması da kifayət edir.

Başqa sözlə, Osipenko-Rodomska 9 iştirakçı arasında sonuncu olmamalıdır. Təcrübəli kayakçı seçmə yürüşdə Zoya Manayeva (Moldova), Marina Toribonq (Palau), Tereza Portela (Portuqaliya), Ninetta Vad (Macarıstan), Sofiya Yurçenko (Belarus), Jiexian Stefani Çen (Sinqapur) və Mereana Hodces (Kuk adaları) ilə mübarizədə 41,731 saniyə nəticə ilə birinci yeri tutub. O, ilk "6-lığ"a düşməsi səbəbindən yarımfinala yüksəlib. Növbəti yürüşdə Azərbaycan təmsilçisi Yusmar Menqana Rodriges (Kuba), Nikolina Moldovan (Serbiya), Martina Koxlova (Slovakiya), Sabrina İnes Amegino (Argentina), Ancela Anna (Böyük Britaniya), Olqa Umaraliyeva (Özbəkistan), Cennifer Eqan (İrlandiya) və Marta Solhauqla (Norveç) yarışıb. Bu dəfə də o, finişə birinci çataraq, 40,671 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. İlk 2 yerdən birini tutduğundan, Osipenko-Rodomska adını finişə yazdırıb. 23 avqust saat 13:10-da keçiriləcək həlledici yürüşdə rəqiblər Ninetta Vad (Macarıstan), İnna Klinova (Qazaxıstan), Tereza Portela (İspaniya), Marta Valçikyeviç (Polşa), Liza Karrinqton (Yeni Zelandiya), Yusmar Menqana Rodriges (Kuba), Sara Quyo (Fransa) və Natalya Podolskaya (Rusiya) olacaq.

Qeyd edək ki, İnna Osipenko-Rodomska daha öncə 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə 5-ci yeri tutaraq, Rio-2016-da iştirak hüququ qazanıb. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 6-cı yeri tutan Valentin Demyanenko da eyni hüquqa yiyələnib. Azərbaycanın olimpiya məsafələrindəki digər təmsilçiləri isə yarımfinal səddini adlaya bilməyiblər. Qeyri-olimpiya məsafələrində ən yaxşı nəticəni isə 2 nəfərlik kanoe qayığı (K-2) ilə 500 metr məsafəyə yürüşlərə qatılan Sergey Bezuqlıy - Aleksey Kupin dueti göstərib. Onlar əsas finalda 1 dəqiqə 44,522 saniyə nəticə ilə 6-cı yeri tutaraq, medalsız qalıblar.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.