22 avqust 2015 16:30

Azərbaycan avarçəkmə növlərində olimpiadaya ilk lisenziyanı qazandı

Azərbaycan kayakçısı İnna Osipenko-Rodomska 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, 33 yaşlı idmançı bu uğura İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında imza atıb.

Qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska seçmə mərhələdə Ana Paula Verquts (Braziliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Liza Karrinqton (Yeni Zelandiya), Mişel Lui Russell (Kanada), Sofia Kampana (İtaliya), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) ilə yarışıb. Finişə 1 dəqiqə 54,609 saniyəyə çatan təcrübəli kayakçı yalnız yeni zelandiyalı Liza Karrinqtondan 0,318 saniyə geri qalaraq, 2-ci yeri tutub. Bu nəticə ilə Osipenko-Rodomska "ilk 6-lığ"a düşdüyü üçün yarımfinala yüksəlib. Növbəti mərhələdə onun rəqibləri Liza Karrinqton (Yeni Zelandiya), Mişel Luiza Russell (Kanada), Ana Paula Verquts (Braziliya), Sofia Kampana (İtaliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) olub. Osipenko-Rodomska finişə 1 dəqiqə 49,547 saniyəyə 2-ci çatıb və yenə Liza Karrinqtondan 0,318 saniyə geri qalıb. O, ilk "3-lüy"ə düşdüyündən, finala yüksəlib. Nəhayət, bu gün keçirilən həlledici yürüşdə Azərbaycan təmsilçisi finişə 1 dəqiqə 51,748 saniyəyə çataraq, 5-ci yeri tutub. Yeni zelandiyalı Liza Karrinqton 1 dəqiqə 49,398 saniyə nəticə ilə dünya çempionu olub. Macarıstanlı Anna Karaş 1 dəqiqə 51,125 saniyə göstərici ilə gümüş, finişə 1 dəqiqə 51,478 saniyəyə çatan çinli Yu Ju isə bürünc medal qazanıb. Polşalı Evelina Voynaroska (1:51.622) 4-cü, sloveniyalı Spela Ponomarenko Yaniç (1:52.245) 6-cı, belaruslu Volqa Xucenko (1:52.328) 7-ci, böyük britaniyalı Raçel Kautorn (1:52.628) 8-ci, portuqaliyalı Tereza Portela (1:55.118) 9-cu yeri tutub.

Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb.

Qeyd edək ki, bu, Azərbaycanın avarçəkmə növlərində növbəti olimpiadaya qazandığı ilk lisenziya olub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.