28 may 2015 18:30

Aleksandr Aleksandrov: Məqsədimiz olimpiadaya lisenziya qazanmaqdır

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının bu il ən ciddi sınağı mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına təsadüf edəcək. Azerispor.az xəbər verir ki, nüfuzlu yarış öncəsi millimizin lideri Aleksandr Aleksandrov Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

- Mövsümə aprelin əvvəllərində Mingəçevir şəhərində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatası ilə başladınız. Qalib olduğunuz yarış necə keçdi?
- Reqata normal keçdi. Yarış öncəsi təlim-məşq toplanışımız olmuşdu. Prezident Kuboku qarşıdakı nüfuzlu yarışlara bir növ hazırlıq xarakteri daşıyırdı. Sonradan İtaliyada bir reqataya qatıldıq. Orada da hazırlıq səviyyəmizi nəzərdən keçirdik. Ardından Mingəçevirə qayıdaraq, növbəti təlim-məşq toplanışında iştirak etdik. Əsas məqsədimiz 30 avqust - 6 sentyabrda Fransada təşkil olunacaq dünya çempionatında uğurla çıxış edərək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Hələlik hazırlıqlarımız yaxşı gedir.

- Qarşıdakı nüfuzlu yarışlarda Sizi mükafatçılar sırasında görə biləcəyikmi?
- Nə deyə bilərəm? Rəqabət çox sərtdir. Dünya çempionatında mükafatçılar sırasına düşəcəyimizi demək çətindir. Çünki 1 saniyə ərzində 6-7 qayıq finiş xəttini keçir. Amma qorxmayacağıq və çalışacağıq ki, onların arasında biz də olaq.

- Hərdən Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla da yarışlara qatılırsınız...
- Bu məsələyə Avropa çempionatından sonra tam aydınlıq gələcək. Hələlik Poznanda 1 nəfərlik qayıqla mübarizə aparacağım dəqiqdir. Prezident Kubokunda 2 nəfərlik qayıqda Boris Yotovla mən yox, İqor Luçiç çıxış etdi və onlar qalib oldular. Avropa çempionatında da bu duet mübarizə aparacaq. Məqsəd 2 lisenziya qazanmaqdan ibarətdir.

- "Bakı 2015" I Avropa Oyunlarında akademik avarçəkmənin olmamasından təəssüflənmirsiniz?
- (gülür) Əlbəttə, burada belə bir nüfuzlu yarış keçirilsəydi, yaxşı olardı. Çünki öz evimizdə çıxış edəcəkdik. Gördüyüm qədərilə, Avropa Oyunlarına hazırlıqlar çox dəqiqliklə görülür. Fikrimcə, hər şey yaxşı olacaq. Həm təşkilatçılıq, həm də yarışın səviyyəsini nəzərdə tuturam.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.